21.01.2021 / Bakı şəhəri, Sabunçu rayonu, Elşən Mehdiyev küçəsi 4

Tullantı qutularının bəzədilməsi

Təklif edirəm ki, tullantı qutularının üzərinə rəssamlar tərəfindən cizgi film qəhrəmanlarının şəkilləri, maraqlı karikaturalar və insanların marağını çəkəcək şəkillər çəkilsin. Misal üçün, biz həmin qutuların üzərinə basketbol səbəti şəklini çəksək, insanlar tullantı atarkən elə görünəcək ki, basketbol topu atırlar, bu həm insanlarda maraq oyadacaq, həm də şəhərimizi gözəl göstərəcək.

Tǝklifin müǝllifi: Seymur