Ana sǝhifǝ | Haqqımızda

Haqqımızda

Haqqımızda

“Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən hazırlanan www.teklifimvar.az portalına vətəndaşlar müxtəlif sosial-iqtisadi, infrastruktur və digər məsələlərlə bağlı təkliflərini göndərə biləcəklər. Daxil olan təkliflər işçi qrup tərəfindən araşdırıldıqdan sonra daha vacib və məqsədəmüvafiq olanlar portalda yerləşdiriləcək. Qeyd edilən platforma üzərindən aidiyyəti qurumlara daxil olan təkliflərin reallaşdırılmasına dəstək göstərmək imkanı yaradılacaq. Görülən işlərin nəticələri barədə məlumat portalda yerləşdiriləcək. Portalın yaradılmasında məqsəd vətəndaşları ölkənin sosial-iqtisadi, ictimai və mədəni həyatında, vətəndaş cəmiyyəti quruculuğunda, dövlət tərəfindən regionların inkişafı üzrə reallaşdırılan tədbirlərdə daha fəal iştiraka təşviq etməkdir. Xatırladaq ki, “Regional İnkişaf” İctimai Birliyi ictimai nəzarətin həyata keçirilməsi, əhalinin müxtəlif müraciətlərinin araşdırılması, onların aidiyyəti qurumlarla əməkdaşlıq şəraitində həlli, eləcə də elm, təhsil, səhiyyə, sosial, ekologiya, turizm, idman və digər sahələrdə layihələrin icrası istiqamətində fəaliyyət göstərir.

Necǝ tǝklif verilmǝli?

Təqdim etdiyiniz təklifi daha dəqiq və ətraflı hazırlamaq üçün ana səhifədəki videonu izləyə və ya aşağıdakı linkdən nümunəvi təkliflə tanış ola bilərsiniz.

Nümunǝ tǝklifi yüklǝ