21.01.2021 / Parlament prospekti

Şəhidlər xiyabanının infrastrukturunun inkişaf etdirilməsi

İkinci Qarabağ müharibəsindən sonra qazilərin sayının artmağına rəğmən, onlar üçün ən müqəddəs yerlərdən olan Şəhidlər xiyabanının infrastruktur çatışmazlıqlarına görə normal ziyarət edə bilmirlər. Bununla bağlı təklif edirəm ki, Şəhidlər xiyabanında qazilər və digər əlilliyi olan insanlar üçün zəruri infrastruktur (giriş və "Əbədi Məşəl" yaxınlığındaki çıxışda pandusların quraşdırılması, gözdən əlil olanlar üçün xüsusi taktil lövhələrlə məkanın müəyyən hissəsinin döşənməsi) yaradılmasını təklif edirəm. Düşünürəm ki, postqələbə dövründə belə problemlər daha da aktuallaşıb.

Tǝklifin müǝllifi: Anonim