05.07.2021 / Dənizlər

Qazilərimizin və əlilliyi olan şəxslərin dənizə daxil olması üçün təklif

Salam. Təklifim ondan ibarətdir ki, bildiyimiz kimi Vətən müharibəsindən sonra çox sayda qazimiz var və eyni zamanda ölkə üzrə də əlillik dərəcəsi olan şəxslər də var. O şəxslər yay aylarında çimərliklərə gedərək (dənizə daxil olaraq) asudə vaxtlarını gözəl keçirmək istəyirlər. Bizim də vəzifəmiz, hər bir Azərbaycan vətəndaşının rahatlığını düşünməkdir! Bunu düşünərək, təklif edirəm ki, çimərliklərdə əlillər üçün xüsusi yer olsun (şəkil və videodakı kimi). Çox faydalı olacağını düşündüm və sizinlə bölüşdüm. Vətənə sevgi vətəndaşa xidmətdən başlayar! Hörmətlə : İlkin Cəfərzadə - RİİB könüllüsü - Bakı

Tǝklifin müǝllifi: İlkin