21.01.2021 / Şəmkir şəhəri C.Əliyev

Şəmkir şəhərində rəsm qalereyasının filialının açılması

Mən, İbrahimli Vasif "Regional İnkişaf" İctimai Birliyinin (RİİB) könüllüsüyəm. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının sənətşünaslıq fakültəsini bitirmişəm. Şəmkir şəhərində yaşayıram, burada fəaliyyət göstərirəm (fərdi rəssamlıq). Şəmkir şəhərində mədəniyyət və incəsənətə maraq olduqca aşağıdır. Qabiliyyəti olan yeniyetmələr çox olsa belə, bu sahəyə yönləndirilmirlər. Buna görə də təklif edirəm ki, Şəmkirdə rəsm qalereyasının filialı açılsın, mən də onun fəaliyyətində əlimdən gəldiyi qədər dəstək göstərim. Belə bir təklif verməkdə əsas məqsədim burada yaşayan, xüsusi qabiliyyəti olan yeniyetmələrdə incəsənətə dərin maraq oyatmaq, qabiliyyəti üzrə bu sahəyə yönləndirmək və Şəmkirdə mədəniyyətin və incəsənətin inkişafına töhfə verməkdir.

Tǝklifin müǝllifi: Vasif