21.01.2021 / Sabunçu rayonu, Zabrat 2 qəsəbəsi

Zabrat qəsəbəsindəki Mədəniyyət Evinin ətrafının təmizlənməsi

Salam. Bu layihə çox gözəl bir təşəbbüsdür. Allah sizdən razı olsun. Deməli belə. Bakı şəhərinin Sabunçu rayonu, Zabrat 2 qəsəbəsində yerləşən Mədəniyyət Nazirliyinin nəzdində yerləşən Ə. Paşayev adına bir Mədəniyyət Evi var. Həmin bina birmərtəbəlidir və əsas yolun kənarında yerləşir. Binanın arxası və ətrafı çox bərbad haldadır və antisanitariya şəraitindədir. Ətrafda yerləşən yaşayış binalarının çirkab suları həmin əraziyə süzülür və nəticədə natəmizlik və üfunət ərazini bürüyür. Nəzərə alın ki, həmin ərazidə yerli əhalinin azyaşlı uşaqları oynayır və hər an infeksiya ilə xəstələnmək halı ilə üzləşir. Bundan əlavə, ərazi Zabrat Hava Limanına gedən yolun üstündə yerləşdiyi üçün xarici vətəndaşlar da tez-tez bu yoldan istifadə edir və heç də şəhərimiz haqqında yaxşı fikirdə qalmır.

Tǝklifin müǝllifi: Rauf