21.01.2021 / Xatai rayonu, Sarayevo/M.Rustamov küçəsi (Veteranlar parki)

Əhmədli qəsəbəsində yerləşən parkda abadlıq işlərinin aparılması

Hər vaxtınız xeyir, mənim adım Kamal Kəngərlidir. Mən Bakı şəhərinin Xətai rayonunun sakiniyəm. Birinci Sizə öz təşəkkürümü bildirmək istəyirəm, çox gözəl layihədir. Sizə bir təklif etmək istəyərdim, bir parkın yenilənməsinə görə. Bakının Əhmədli qəsəbəsində “Bazarstore” marketin yanında bir park var (aşağıda şəkilləri təqdim elədim), çox gözəl və köhnə bir parkdır. Bu parkın indiki vəziyyəti çox pisdir və bu parkı təzələsək çox gözəl olacaq. Heç nəyə baxmayaraq çox insan dincəlir və inanıram ki, park yeniləndikdən sonra daha çox qonaq qəbul edəcək. Bu parkın skamyaları, fontanı, zibil qutuları, uşaqlar üçün əyləncə avadanlıqlarını və işıqlandırmanı yeniləsək, ot örtüyünü əlavə etsək çox gözəl olacaq. Çox istəyərdim ki, o parkı çox gözəl hala salardınız. Son vaxtlar Xətai rayonunda və Əhmədli qəsəbəsində “İdea” İctimai Birliyi və İcra Hakimiyyəti çox gözəl işlər görüb və görməyə davam edir. Mən də bu işdə bütün köməkliyi göstərməyə hazıram, Sizinlə gəlib bunları ətraflı müzakirə edə bilərik. Öncədən təşəkkürümü bildirirəm.

Tǝklifin müǝllifi: Kamal