26.01.2021 / Çələbilər kəndi

Çələbilər kəndində yerləşən məscid kompleksinin bərpa olunması

Cəbrayıl rayonunun Çələbilər kəndində yerləşən tikintisi XVI əsrə aid olan Məhəmməd ibn Hacı Qaraman Əhməd tərəfindən hicri 1088, miladi 1678-ci ildə inşa edilən, dini və dünyəvi elmlərin tədris edildiyi bu məscid-mədrəsədə din xadimləri, alimlər dərs deyiblər. XVIII əsr məşhur Azərbaycan klassik şairi Molla Vəli Vidadi də bu mədrəsədə dərs demişdir. Məscid komplesi ərazisində xüsusi otaqlar, hücrələr olub ki, bu hücrələrdə şagirdlərə dərs verilib. 1993 - cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən Cəbrayıl rayonunun işğalına qədər bu məscid-mədrəsə kompleksi yüksək səviyyədə bərpa olunmuş, ilkin formasına gətirilmişdi. Hazırda dağıdılmış vəziyyətdədir.

Tǝklifin müǝllifi: Veli