26.01.2021 / Yeni Günəşli və Qaraçuxur qəsəbələri

Yeni Günəşli və Qaraçuxur qəsəbələrinin avtomobil yolları

Hər vaxtınız xeyir. Qaraçuxur qəsəbəsinin əhalisi 75 000 nəfər təşkil edir, bunlardan 46 000 nəfəri Yeni Günəşli yaşayış sahəsində yaşayır. Yeni Günəşli və Qaraçuxur qəsəbələrinin sakinləri əsasən, Babək prospektindən istifadə edir. Nəzərə alsaq ki ərazidə metro yoxdur, əsasən, avtomobillərdən istifadə olunur. Prospektin sonu, Yeni Günəşli və Qaraçuxur qəsəbələrinin giriş və çıxışı olan İlqar Musayev prospektidir. Hər səhər işə gedən zaman və hər axşam işdən qayıdan zaman İlqar Musayev prospektində çox böyük tıxac yaşanır. Sizə göndərdiyim fotodaki yuxarıda və aşağıda olan qırmızı ox işarələri olan ərazi tıxacların yaşandığı yerlərdir. Əsasən, aşağıdakı qırmızı ox işarəsi olan yer, şir və qartal heykəllərinin arasındakı yol bir gediş və bir gəliş olduğundan burada olan tıxac arada Babək prospekti körpüsünün sonuna qədər uzanır. İşıqfor tənzimlənmə effektli olmur . Şir və qartal heykəllərinin arasındakı yolun üç gediş və üç gəlişli şəkildə enlədilməsinə ehtiyac var . Uzunluğu təqribi 600 metr olar. Həmçinin Əhməd Mehbalıyev küçəsindən İlqar Musayev prospektinə üç gedişli və üç gəlişli yol çəkilsə , Yeni Günəşli və Qaraçuxur qəsəbələrinin sakinlərinə alternativ ikinci bir yol olar. Yeni alternativ yolun keçəcəyi ərazidə əvvəllər n saylı hərbi hissə olub , köçürülüb , hazırda sahə boşdur və burada olan köhnə tikililər sökülüb. Yolun uzunluğu təqribi 1 km olar. Fotodakı yaşıl ox işarəsi ilə göstərdiyim yerdən Əhməd Mehbalıyev küçəsi Neftçilər parkın qarşısında bitir , halbuki buradan düz bir yol İlqar Musayev prospektinə çəkilə bilər. Şəkildəki qırmızı xəttlə çəkilən yol Yeni Günəşli və Qaraçuxur qəsəbələrinin sakinlərinin bir təklifidir, təbii ki, yol inşaatı mütəxəssisləri yol layihəsini daha düzgün çəkər. Sağ olun .

Tǝklifin müǝllifi: Anonim