/ İsmayıllı şəhəri

Heydər Əliyev adına parkda idman meydançasının yaradılması

"Teklifimvar" portalına daxil olmuş təklif ilə bağlı Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi tərəfindən (RİİB) gənclərin idmana olan marağının artırılması, asudə vaxtlarının səmərəli təşkili və sağlam həyat tərzinin təbliği məqsədilə İsmayıllı şəhərində Heydər Əliyev adına mədəniyyət və istirahət parkında idman meydançası yaradılıb. Ümumi sahəsi 200 kvadratmetr olan meydançada “Street Workout” idman növünün xüsusi standartları nəzərə alınaraq, açıq havada idmanla məşğul olmaq üçün əlverişli şərait yaradılıb, trenajor alətləri və basketbol səbəti quraşdırılıb.