Giriş
Bu qaydalar “Təklifim var” portalından, onun xidmətlərindən, proqram
təminatı və vasitələrindən istifadənin şərt və müddəalarını özündə əks
etdirir.
Vətəndaşlar portala ölkəmizin inkişafı, vətəndaşların həyat keyfiyyətinin
daha da yaxşılaşdırılması ilə bağlı ictimai əhəmiyyət kəsb edən və
cəmiyyətin mənafeyini əks etdirən məsələlər barədə təkliflərini göndərə
bilərlər.
Portal üzrə xidmətləri “Regional İnkişaf” İctimai Birliyi həyata keçirir.
İstifadəçi portala məlumatları Azərbaycan, rus və ya ingilis dilində göndərə bilər.
Qeydiyyat və öhdəliklər
Portalın xidmətlərindən yalnız qeydiyyatdan keçən istifadəçilər yararlana bilər.
Qeydiyyatdan keçdikdən sonra siz portalın xidmətlərindən istifadə etmək
üçün email ünvanınız və təyin etdiyiniz paroldan istifadə edə bilərsiniz.
Siz istifadəçi parolunuzun təhlükəsizliyinə, portalda etdiyiniz bütün
əməliyyatlara görə məsuliyyət daşıyırsınız.
İstifadəçinin e-mail ünvanına qeydiyyatdan keçməsi barədə bildiriş göndərilir.
Qeydiyyat zamanı siz özünüz və təklifiniz barədə tam və düzgün məlumat verməyə məsuliyyət daşıyırsınız.
Portalda verilən informasiyanın düzgünlüyünə görə portalın rəhbərliyi heç bir məsuliyyət daşımır.
Aşağıdakılar qadağandır:
- portalın normal fəaliyyətinə mane olmaq;
- yanlış, aldadıcı, böhtan xarakterli məlumatlar yerləşdirmək;
- portalın iş prinsipinə mane olacaq spam və virusları yaymaq;
- üçüncü tərəfin müəllif hüquqlarını və portaldan istifadə şərtlərini pozmaq.
Məlumatların yerləşdirilməsi
Qeydiyyatdan keçmiş istifadəçi “Təklif ver” bölümünə daxil olmaqla
təklifini və ona aid foto və ya video materialları təqdim edir. Təklifin
qəbul və ya imtina edilməsi barədə 2 həftə ərzində onun e-mail ünvanına
məlumat göndərilir.
“Təklifin məzmunu “teklifimvar.az” portalının qaydalarına və şərtlərinə uyğun olmadıqda, qeyri-etik,
alçaldıcı və böhtan xarakterli ifadələr işlədildikdə “Təklifim var” komandası tərəfindən onun portalda
yerləşdirilməsindən imtina ediləcək.”
Göndərilən təklif araşdırıldıqdan sonra icraya yönəldirilir. Təkliflə bağlı
görülən işlərin nəticəsi barədə məlumat portalın "Nəticələr" bölməsində,
eləcə də şəxsi kabinetdə yerləşdirilir.
Portalda göstərilən xidmətlər ödənişsizdir.
Mübahisələrin həlli
Bu portal üzrə tərəflər arasında yaranan mübahisələr danışıqlar yolu ilə həll edilməlidir.
Tərəflər arasında mübahisənin həlli qaydası haqqında razılaşma olmadıqda,
mübahisələr Azərbaycan Respublikasının məhkəmələrində həll olunacaqdır.